...

DİN: Hacıqabulda xəstəxanada arvadını qətlə yetirmiş ər saxlanılıb

Hadisə Materials 21 Oktyabr 2014 13:49 (UTC +04:00)
Arvadını bıçaqla qətlə yetirmiş Şirvan şəhər sakini saxlanılıb.
DİN: Hacıqabulda xəstəxanada arvadını qətlə yetirmiş ər saxlanılıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlkin İzzət/

Arvadını bıçaqla qətlə yetirmiş Şirvan şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Əhmədov münaqişə zəminində orada tibb bacısı işləyən arvadı Bacıxanımı bıçaqla qətlə yetirib.

İ.Əhmədov Hacıqabul Rayon Mühafizə Bölməsinin əməkdaşı tərəfindən saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti