...

Türkiyədə Ebola virusu şübhəsi ilə daha bir nəfər xəstəxanaya yerləşdirilib

Hadisə Materials 23 Oktyabr 2014 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə Ebola virusu şübhəsi ilə Həcc ziyarətindən qayıtmış daha bir ölkə vətəndaşı xəstəxanaya yerləşdirilib. Trend xəbər verir ki, bu barədə cümə axşamı Anadolu agentliyi məlumat yayıb.

Beləliklə, Türkiyədə Ebola virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı altı nəfərə çatıb. Onlardan beşi Həcc ziyarətindən qayıdıb, biri isə Somalidə təhsil alan tələbədir.

Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.

Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduğu vilayətlərdə ayrılıb. Həmçinin Ankarada 3, İstanbulda 2 belə xəstəxana ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti