...

Türkiyə "kömür lənəti"nə gəlib: Mədəndə növbəti uçqun

Hadisə Materials 1 Noyabr 2014 12:38 (UTC +04:00)
Türkiyənin şimal-qərbində yerləşən Bartın vilayətindəki kömür mədənində uçqun baş verib.
Türkiyə "kömür lənəti"nə gəlib: Mədəndə növbəti uçqun

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Türkiyənin şimal-qərbində yerləşən Bartın vilayətindəki kömür mədənində uçqun baş verib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, dağıntılar altında 3 Çin vətəndaşı qalıb. Onlar mədəndə müqavilə üzrə işləyirlərmiş.

Qeyd edək ki, bu, Türkiyədə son 10 gündə mədənlərdə baş vermiş üçüncü hadisədir.

Oktyabrın 28-də ölkənin Karaman vilayətindəki kömür mədənində də uçqun baş vermişdi. Dağıntılar altında qalan 18 nəfəri hələ də xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti