...

İki yük maşını ətir oğurlandı

Hadisə Materials 4 Noyabr 2014 16:00 (UTC +04:00)
Fransada naməlum şəxslər məşhur ətir markalarının olduğu iki yük maşınını oğurlayıblar.
İki yük maşını ətir oğurlandı

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Fransada naməlum şəxslər məşhur ətir markalarının olduğu iki yük maşınını oğurlayıblar.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, silahlı şəxslər Paris ətrafında ətirlərin saxlandığı anbara daxil olaraq işçilərdən birini girov götürüblər, sonra isə yük maşınlarına minərək hadisə yerindən uzaqlaşıblar.

Az sonra girov götürülmüş işçi azad edilib. O, istintaqda dindiriləcək.

Məlumata görə, oğurlanmış yükün dəyəri bir neçə yüz min avodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti