...

Buzovnada zərcirvari yol qəzası baş verib, ölən var

Hadisə Materials 13 Noyabr 2014 11:13 (UTC +04:00)
Xəzər rayonunda 3 avtomobilin iştirakı ilə zərcirvari yol qəzası baş verib.
Buzovnada zərcirvari yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Xəzər rayonunda 3 avtomobilin iştirakı ilə zərcirvari yol qəzası baş verib.

Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumat görə, noyabrın 12-də 17:00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Buzovna-Maştağa yolunun Albalı qəsəbəsi istiqamətindəki döngəsində 1954-cü il təvəllüdlü Toğrul İbrahimovun idarə etdiyi "VAZ-2106", 1963-cü il təvəllüdlü Nofəl Qurbanovun idarə etdiyi "Lexus RX 400" və 1974-cü il təvəllüdlü İltifat Eyvazovun idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobillər toqquşub.

Nəticədə VAZ 2106-nın sürücüsü 60 yaşlı Toğrul İbrahimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti