...

Gəncədə yandırılaraq qətlə yetirilmiş qadının 2 qonşusu tutuldu (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 13 Noyabr 2014 16:05 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə, respublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə daha bir ağır cinayətin üstü açılıb və həmin hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulublar.
Gəncədə yandırılaraq qətlə yetirilmiş qadının 2 qonşusu tutuldu (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:50-də yayılıb)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə, respublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə daha bir ağır cinayətin üstü açılıb və həmin hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulublar.

Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, noyabrın 7-də Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra ev sahibinin əlləri və ayaqları naqillə bağlanmış halda qismən yanmış meyiti tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlərlə müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov həmin tarixdə tamah məqsədilə P.İsmayılovanın yaşadığı mənzilə daxil olaraq qadını xüsusi amansızlıqla qətlə yetiriblər. Daha sonra onlar sonuncuya məxsus nağd pul, qızıl-zinət və digər qiymətli əşyaları götürərək cinayətin izini itirmək məqsədi ilə mənzili və meyiti yandırıblar.

İstintaq hərəkətləri ilə həmçinin o da müəyyən olunub ki, M.Cəlilov və R.Hüseynov bu il oktyabrın 1-də gecə saatlarında maska geyinməklə Gəncə şəhər sakini Dilarə Qasımovanın da yaşadığı mənzilə daxil olaraq quldurluq hadisəsi törədib, bıçaqla hədə-qorxu gələrək mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları aparıblar.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs P.İsmayılovanın qonşuları olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti