...

Moskvada Azərbaycan səfirliyinin attaşesinin maşını oğurlandı

Hadisə Materials 4 Dekabr 2014 16:31 (UTC +04:00)
Dekabrın 3-nə keçən gecə Moskvanın mərkəzində Azərbaycan səfirliyinin attaşesi Nemət Nağdəliyevə məxsus “Reync-Rover” markalı avtomobil cinayətkarlar tərəfindən qaçırılıb.
Moskvada Azərbaycan səfirliyinin attaşesinin maşını oğurlandı

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Dekabrın 3-nə keçən gecə Moskvanın mərkəzində Azərbaycan səfirliyinin attaşesi Nemət Nağdəliyevə məxsus "Reync-Rover" markalı avtomobil cinayətkarlar tərəfindən qaçırılıb. Qaçırılma barədə polisə ərizə zərərçəkənin özü tərəfindən daxil olub. Bu barədə Trend "Lifenews.ru" saytına istinadən məlumat verir.

N.Nağdəliyev ərizədə qeyd edib ki, dekabrın 2-si saat 21:00-dan dekabrın 3-ü saat 09:00-a qədər olan müddətdə Zemlyanoy Val küçəsində onun "Reync-Rover" markalı avtomobili oğurlanıb.

Diplomata dəyən maddi ziyan 5 milyon rubl təşkil edir. Avtomobili "Potok" sistemində qeydə almaq mümkün olub, lakin oğrular gizlənməyə nail olublar.

Oğruların axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti