...

Bakıda mağaza və yanındakı avtomobillər yanıb

Hadisə Materials 5 Dekabr 2014 10:10 (UTC +04:00)
Bakıda mağaza və yanındakı 3 avtomobil yanıb.
Bakıda mağaza və yanındakı avtomobillər yanıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda mağaza və yanındakı 3 avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan ərzaq mağasının yanar konstruksiyaları, içərisinə yığılmış mallar, magazanın yaxınlığında dayanmış ayrı-ayrı vətəndaşlara məxsus "Mercedes" markalı minik avtomobilinin 2 sol arxa qapısının üzlüyü, "Changan" markalı minik avtomobilinin mühərrik hissəsi, "Cerry" markalı avtomobilin sol arxa qapısının üzlüyu yanıb.

Avtomobillərin qalan hisəsi yanğından mühafizə olunub. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti