Balakənli oğrular silah və narkotiklə gəzirmişlər

Hadisə Materials 5 Dekabr 2014 15:57 (UTC +04:00)
Oğurluq etmiş Balakən rayon sakinlərinin üzərində silah və narkotik vasitə aşkar edilib.
Balakənli oğrular silah və narkotiklə gəzirmişlər

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlkin İzzət/

Oğurluq etmiş Balakən rayon sakinlərinin üzərində silah və narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 3-də Balakən rayonunun Şərif kənd sakini Hicran Bağmanovanın evindən pəncərədən girmək yolu ilə qızıl əşyalar oğurlanıb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri Mahama Qoqayev və əvvəllər məhkum olunmuş Nəriman Mağlıyev tutulublar.

N.Mağlıyevin evinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 3 ədəd patron və 97 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti