...

Bakıda silsilə oğurluqların "müəllifi" tutulub

Hadisə Materials 8 Dekabr 2014 13:39 (UTC +04:00)
Bakıda vətəndaşların mal-mülkünə qənim kəslmiş şəxs tutulub.
Bakıda silsilə oğurluqların "müəllifi" tutulub

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda vətəndaşların mal-mülkünə qənim kəslmiş şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elşən Mayılov tutulub.

O, sentyabrın 12-də Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində Nizami Həsənovun mənzilindən, açıq pəncərədən keçməklə noutbuk, sentyabrın 21-də Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində Mehman Məhərrəmovun evindən qapının kilidini sındırmaqla qızıl-zinət əşyaları, 1000 manat və noutbuk, sentyabrın 24-də axşam saatlarında A.Rzayev küçəsində Əkbər Qurbanovun evindən, açıq nəfəslikdən keçməklə 9700 ABŞ dolları, dekabrın 2-də Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində Fərhad Hacıyevin həyətindəki yardımçı tikilidən açıq qapıdan keçməklə elektrik tikinti ləvazimatlarını oğurlamaqda şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti