Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Sivas vilayətində sərnişin avtobusu aşıb. Nəticədə 51 nəfər xəsarət alıb. Bu barədə Trend cümə günü Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər verir.
Qəzetin məlumatına görə, xəsarət alan sərnişinlər yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
İlkin məlumata görə, sərnişinlərdən dördünün vəziyyəti ağırdır.
Yol qəzasına səbəb sürücünü idarəetməni itirməsi olub. Faktla bağlı cinayət işi açılıb.