...

İsmayıllıda yer titrədi

Hadisə Materials 20 Yanvar 2015 12:38 (UTC +04:00)
İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
İsmayıllıda yer titrədi

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildiriblər ki, ilkin məlumatlara əsasən, yanvarın 20-də yerli vaxta saat 11:20-də İsmayıllıdan 28 km şimal-şərqdə, İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Yerin 41 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,8 bal təşkil edib.

Zəlzələ hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti