...

Türkiyə vətəndaşının mənzilindən narkotik və tərəzi tapılıb

Hadisə Materials 20 Yanvar 2015 13:27 (UTC +04:00)
Türkiyə vətəndaşının yaşadığı mənzilə baxış zamanı marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Türkiyə vətəndaşının mənzilindən narkotik və tərəzi tapılıb

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Türkiyə vətəndaşının yaşadığı mənzilə baxış zamanı marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən yanvarın 18-də narkotik vasitə ilə tutulmuş Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferinin Sumqayıt şəhərində yaşadığı mənzilə baxış keçirilib.

Baxış zamanı 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti