Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlkin İzzət/
Şirvanda gəlinini qətlə yetirmiş qaynatası özünə də xəsarət yetirərək ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 22-də Şirvan şəhərində yaşayan Sevinc Balakişiyevanın mənzilinə gəlmiş qayınatası Araz Kişiyev ona və özünə bıçaqla xəsarət yetirib. S.Məmmədova və A.Kişiyev hadisə yerində ölüblər.
Faktla əlaqədar araşdırma aparılır.