...

Dayısı məhkum bacıoğlunun yanına “telefon-çörək”lə gəlib (FOTO)

Hadisə Materials 4 Fevral 2015 12:22 (UTC +04:00)
Bakıdakı 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirmək cəhdinin qarşısı alınıb.
Dayısı məhkum bacıoğlunun yanına “telefon-çörək”lə gəlib (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıdakı 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində məhkum Mübariz Çingiz oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş dayısı, Ağdam rayon sakini Bakir Bəylər oğlu Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı 2 ədəd "Eti Mek" qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş 2 ədəd qara rəngli "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Mübariz Bağırov Cinayət Məcəlləsinin 177.3.2, 326.1, 326.2 və 66.3 maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti