...

Çay evində qətl törədən 3 nəfər tutulub

Hadisə Materials 9 Fevral 2015 12:06 (UTC +04:00)
Bakıda çay evində qətl törətməkdə şübhəli bilinən 3 nəfər tutulub.
Çay evində qətl törədən 3 nəfər tutulub

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda çay evində qətl törətməkdə şübhəli bilinən 3 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 6-da saat 01:45 radələrində, M.Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahlar Məmmədovu qətlə yetirilib.

Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 34-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Emin Musayev, 1992-ci il təvəllüdlü Loğman Rəhimov və 1993-cü il təvəllüdlü Abdulla İsmayılov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti