...

Sərxoş kişi Gəncədə özünü çoxmərtəbəli binadan atmaq istədi (FOTO)

Hadisə Materials 16 Fevral 2015 14:00 (UTC +04:00)
Bu gün səhər saatlarında Gəncədə sərxoş şəxs özünə qəsd etmək istəyib.
Sərxoş kişi Gəncədə özünü çoxmərtəbəli binadan atmaq istədi (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlkin İzzət/

Bu gün səhər saatlarında Gəncədə sərxoş şəxs intihara cəhd edib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Adil xan Ziyadxanov küçəsi, 38 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb.

Şəhər sakini Samir Mehdiyev adıçəkilən ünvandakı çoxmərtəbəli binanın damına çıaxaraq özünü oradan atmağa cəhd göstərib.

Dərhal hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsi, təcili tibbi yardım işçiləri cəlb olunub. Aparılan danışıqlar nəticəsində ağır dərəcəli sərxoş vəziyyətdə olan Samir Mehdiyevi fikrindən daşındırmaq mümkün olub və o, polis əməkdaşlarının səyi nəticəsində ərazidən uzaqlaşdırılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, S.Mehdiyev ailəsində baş verən itkilərlə bağlı mənəvi sarsıntı keçirdiyi üçün bu addımı atmaq istəyib. Polis İdarəsinə aparılan S.Mehdiyevin özünə qəsd etmək istəməsinin dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, bəzi məlumatlara görə, fevralın 15-də S.Mehdiyevin azyaşlı övladı dünyasını dəyişib və o da bu dərdə dözməyərək intihar etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti