...

Gürcüstan vətəndaşı Azərbaycanda tapança və civə ilə tutuldu

Hadisə Materials 20 Fevral 2015 14:12 (UTC +04:00)
Balakəndə Gürcüstan vətəndaşından tapança və civə götürülüb.
Gürcüstan vətəndaşı Azərbaycanda tapança və civə ilə tutuldu

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Balakəndə Gürcüstan vətəndaşından tapança, civə və narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Ziyatxan Əlləzovdan tapança və 2,3 qram civə götürülüb.

Onun Balakən şəhərindəki evinə baxış zamanı 1,5 qram tiryək də aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti