Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/
Bu gün Bakı Metropolitenində ölüm faktı qeydə alınıb. Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, bu gün metorunun "Gənclik" stansiyasında ölüm faktı baş verib: "Saat 8:03-də 1951-ci il təvəllüdlü Bağırov Sabir Balamirzə oğlu metorunun "Gənclik" stansiyasının üst vestibülündə olarkən əhvalı pisləşib. Metronun əməkdaşları dərhal təcili yardım çağırsalar da, həkim briqadası çatanadən xəstə dünyasını dəyişib. Daha sonra hadisə yerinə yerində hüquq-mühafizə orqanları və ölünün qohumları gəlib. Ölüm faktı aktlaşdırıldı. Sonda Sabir Bağırovun meyiti aidiyyatı üzrə təhvil verilib".
Faktla bağlı araşdırma aparılır.