Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakinləri avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə 20 gün müddətinə həbs ediliblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 11-də Bakı şəhər sakinləri Nicat Qələndərov idarə etdiyi "VAZ-2101", Araz Rəhimov idarə etdiyi "VAZ-21011" markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar.
Xəzər rayon məhkəməsi tərəfindən onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs ediliblər.