Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlkin İzzət/
Bu gecə Bakıda 5 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 1-də saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Cəbrayıl rayon sakini Xəyyam Quliyevin idarə etdiyi "Kamaz", Bakı şəhər sakinləri Zamirə Məmmədovanın idarə etdiyi "Chevrolet", Elnur Məmmədovun idarə etdiyi "VAZ-2107", Təranə Əsgərovanın idarə etdiyi "Mercedes" və Gəncə şəhər sakini Saleh Məmmədovun idarə etdiyi "Shacman" markalı avtomobillər toqquşublar. Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Quliyev orada ölüb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.