...

Ötmə qaydasını pozdu, qəza törətdi: 2 yaralı

Hadisə Materials 2 Aprel 2015 18:42 (UTC +04:00)
Ağstafada ötmə qaydasını pozan sürücü qəza törədib.
Ötmə qaydasını pozdu, qəza törətdi: 2 yaralı

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Ağstafada ötmə qaydasını pozan sürücü qəza törədib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 465-ci km-də qeydə alınıb. Eyni istiqamətdə hərəkət edən Dağ Kəsəmən kənd sakini Narkom Namazova məxsus "QAZ-24" markalı avtomobillə Ağstafa şəhər sakini Ramin Rzayevə məxsus "Opel" toqquşub. Zərbənin gücündən ötmə qaydasını pozan "Opel" yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobilin sürücüsü və onun sərnişini Rüfət İsrafilov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, həkimlər hər iki zərərçəkənin vəziyyətini kafi qiymətləndirir.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti