Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlkin İzzət/
Bakıda iki tufeyli dalaşıb, biri digərini qətlə yetirib.
Bakının Səbail rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 11-də saat 16:30 radələrində Bayıl qəsəbəsində 1970-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Vladimir Kopyorkin həmyaşıdı, 1970-ci il təvəllüdlü, özü kimi tufeyli həyat tərzi keçirən Rafiq Ağayevi bıçaqla qətlə yetirib.
Səbail rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarınn həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətmiş V.Kopyorkin tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.