...

Rusiya və İran ərazisindən Azərbaycanın dəniz sərhədlərini pozmağa cəhd edən cinayətkar qruplar zərərsizləşdirilib

Hadisə Materials 30 İyun 2015 12:15 (UTC +04:00)
Rusiya və İran ərazisindən Azərbaycanın dəniz sərhədlərini pozmağa cəhd edən cinayətkar qruplar zərərsizləşdirilib.
Rusiya və İran ərazisindən Azərbaycanın dəniz sərhədlərini pozmağa cəhd edən cinayətkar qruplar zərərsizləşdirilib

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

Rusiya və İran ərazisindən Azərbaycanın dəniz sərhədlərini pozmağa cəhd edən cinayətkar qruplar zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə verilən məlumata görə, cari ilin iyun ayında sərhədçilər tərəfindən dəniz yolu ilə ölkəmizə qaçaqmal gətirməyə cəhd göstərmiş cinayətkar qruplar zərərsizləşdirilib.

Belə ki, 2015-ci iyunun 19-da DSX Sahil Mühafizəsinin "Müqtədir" sahil nəzarət məntəqəsinin xidməti sahəsindən Rusiya Federasiyasından dəniz yolu ilə qayıqla qaçaqmalın gətiriləcəyi barədə əldə olunmuş məlumata əsasən sahilboyu ərazi qapanıb, sərhəd gözətçi gəmisi vasitəsilə ərazi müşahidə altına götürülüb. Keçirilmiş tədbirlər nəticəsində 20 iyun 2015-ci il tarixdə saat 01:00 radələrində mühərrikli qayıqla 804 kq nərə cinsli və 7 kq hisə verilmiş balıq, 2,4 kq qara kürü gətirmiş 8 nəfərdən ibarət qrup saxlanılıb.

İyun 29-da saat 09:30 radələrində DSX Sahil Mühafizəsinin "Balıqçılar" sahil nəzarət məntəqəsinin xidməti sahəsində dənizdən qayıdan balıqçı qayığının sənədləşdirilməsi zamanı 2 nəfərdən ibarət heyət üzvünün hərəkətləri sərhəd naryadında şübhə doğurduğu üçün qayığa əsaslı baxış keçirilib, qayığın burun və orta hissələrində xüsusi düzəldilmiş gizli saxlanc yerləri aşkar edilib. Gizli yerlərə baxış zamanı 36 ədəd bağlamada ümumi çəkisi 1550 qram narkotik maddə olan qurudulmuş marixuana, 4600 qutu "Kent", 2000 qutu "MM" markalı siqaretləri, 5970 konvalyut "Altram-200"adlı dərman preparatı, 15 ədəd "Samsung-Galaxy" markalı mobil telefon aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı qaçaqmalın şəbəkə qrup tərəfindən dəniz yolu ilə İran İslam Respublikasından gətirildiyi müəyyən edilib.

Hər iki fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi qaldırılmışdır, zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti