...

Yaponiya qovrulur: 7 ölü, 726 nəfər xəstəxanalıqdır

Hadisə Materials 15 İyul 2015 17:00 (UTC +04:00)
Yaponiyada sutka ərzində günvurma diaqnozu ilə 7 nəfər həlak olub, daha 726 nəfər xəstəxanaya yerləşdirilib.
Yaponiya qovrulur: 7 ölü, 726 nəfər xəstəxanalıqdır

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Yaponiyada sutka ərzində günvurma diaqnozu ilə 7 nəfər həlak olub, 726 nəfər isə xəstəxanalara yerləşdirilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti 70 yaşdan yuxarı insanlardır. Onlardan 8-i huşsuz haldadır.

İsti hava şəraiti artıq 4 gündür davam edir. Bir sıra prefekturalarda temperatur 37 dərəcədən yüksək olub.

Hava şəraiti ilə əlaqədar olaraq meteoroloqlar əhalini kondisionerdən istifadə etməyə, küçədə çox qalmamağa, həmçinin çoxlu miqdarda maye qəbul etməyə çağırıb.

Bununla yanaşı, cənubdan özü ilə leysan yağışları və güclü külək gətirən "Nanka" qasırğası yaxınlaşır. Meteoroloqlar Küsü və Sikoku adalarına 600-800 millimetr yağıntının düşəcəyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti