Azərbaycan, Bakı, 20 iyul /Trend/
Abşeron rayonu, Xırdalan şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, maye halında olan kimyəvi maddə nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.