...

Antalyada 6 yaşlı azərbaycanlı hovuzda boğulub

Hadisə Materials 5 Avqust 2015 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Türkiyənin Antalya vilayətinin Kəmər kurortunda hoteldə ailəsi birlikdə istirahət edən 6 yaşlı Leyla Rzayeva hovuza düşərək boğulub.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, ətrafdakı turistlər tərəfindən hovuzdan çıxarılan uşaq xəstəxanaya yeləşdirildikdən sonra ona ilkin tibbi müayinə göstərilib.

Bununla belə, Leylanın həyatını xilas etmək mümkün olmayıb.

Leylanın xalası Ramidə Quliyeva bildirib ki, istirahət etdikləri ərazidə heç bir təhlükəsizlik tədbiri görülməyib və hotel nümayəndələrindən onlara kömək edən olmayıb.

O, hotel rəhbərliyindən şikayət edəcəyini də deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti