...

İşlədikləri anbardan oğurluq etdilər və tutuldular

Hadisə Materials 13 Avqust 2015 15:00 (UTC +04:00)
Qaradağ rayonunda anbardan televizor oğurlayan şəxslər tutulub.
İşlədikləri anbardan oğurluq etdilər və tutuldular

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Elmir Murad/

Qaradağ rayonunda anbardan televizor oğurlayan şəxslər tutulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rayonun Polis İdarəsi 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Boran Quliyevə məxsus anbardan 28000 manat dəyərində 49 ədəd televizor oğurlayan, adıçəkilən yerdə mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev tutulub.

Hazırda faktla bağlı tutulan şəxslər dindirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti