Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 12-də Gədəbəy rayonunun Elektrik Şəbəkəsinin işçisi Malik Quliyev rayonun Novo-Saratovka kəndində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində xəstəxanaya yerləşdirilib və avqustun 13-də orada ölüb.
Avqustun 13-də isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan Rövşən Adıgözəlov elektrik cərəyanı vurması nəticəsində ölüb.