...

DİN Qubada baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 8 Sentyabr 2015 13:23 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Qubada baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN Qubada baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Qubada baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də saat 22 radələrində Quba rayonunun H.Zərdabi qəsəbəsində Sumqayıt şəhər sakini Seymur Qəribov idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri - Xaçmaz şəhər sakinləri - Cəlal Hüseynov və Emil Rəhimov hadisə yerində ölüblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti