...

Bakıda intiharın qarşısı alınıb

Hadisə Materials 10 Sentyabr 2015 02:17 (UTC +04:00)
Bakıda intihar hadisəsinin qarşısı alınıb.
Bakıda intiharın qarşısı alınıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Bakıda intihar hadisəsinin qarşısı alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda bir nəfər 10 mərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilmiş və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:51-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti