Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda itkin düşən gəncin Gürcüstana getdiyi bəlli olub.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 11-də saat 17:30 radələrində 1988-ci il təvəllüdlü Sərxan Əliyevin Zeynalabdin Tağıyev küçəsində yaşadığı mənzildən itkin düşməsi barədə polisə məlumat daxil olub.
Araçdırmalar zamanı müəyyən olunub ki, S.Əliyev 12 sentyabr 2015-ci il tarixdə Gürcüstan Respublikasına ərazisinə keçib.