...

Tovuzda dəhşətli hadisə: Oğul atasını döyərək qətlə yetirib

Hadisə Materials 28 Sentyabr 2015 13:38 (UTC +04:00)
Atasını döyərək qətlə yetirmiş Tovuz rayon sakini tutulub.
Tovuzda dəhşətli hadisə: Oğul atasını döyərək qətlə yetirib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İlkin İzzət/

Atasını döyərək qətlə yetirmiş Tovuz rayon sakini tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 27-də Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Qafur Qarayev evdə ailə-məişət münaqişəsi zəminində atası İlhamı döyüb. Hadisə nəticəsində İlham Qarayev hadisə yerində ölüb.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti