...

Bakıda piyada avtomobil qəzasının qurbanı oldu

Hadisə Materials 29 Sentyabr 2015 11:22 (UTC +04:00)
Bakının Nərimanov rayonunda avtomobillə vurulan piyada dünyasını dəyişib.
Bakıda piyada avtomobil qəzasının qurbanı oldu

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakının Nərimanov rayonunda avtomobillə vurulan piyada dünyasını dəyişib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Hüseyn Nəcəfov idarə etdiyi "Mersedes" markalı avtomobil piyada 1938-ci il təvəllüdlü Şavər Talıbovu vurub. O, dərhal 3 saylı xəstəxanaya yerləşdirilib. Həkimlərin onu xilas etmə cəhdlərinə baxmayaraq H.Talıbov vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti