...

Bakıda 11 evi “təmizləmiş zek” tutulub

Hadisə Materials 1 Oktyabr 2015 14:31 (UTC +04:00)
Evlərdən silsilə oğurluq edən şəxs tutulub.
Bakıda 11 evi “təmizləmiş zek” tutulub

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

Evlərdən silsilə oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Gülsüm Nəbiyevanın evindən qızıl əşyalar oğurlamış Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Əliyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 11 vətəndaşa məxsus evdən pul, qızl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti