...

Bakıda zəncirvari yol qəzaları baş verib

Hadisə Materials 6 Oktyabr 2015 09:38 (UTC +04:00)
Bakıda bu gün səhər saatlarında zəncirvari yol qəzaları baş verib.
Bakıda zəncirvari yol qəzaları baş verib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Bakıda bu gün səhər saatlarında zəncirvari yol qəzaları baş verib.

Trend-in əməkdaşının verdiyi məlumata görə, Dərnəgül yolunda Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. Hadisədə 4 avtomobil toqquşub.

Digər zəncirvari qəza isə keçmiş Musabəyov heykəlinin ətrafındakı dairəvi yolda baş verib.

Hadisələrin baş verməsi nəticəsində yollarda tıxac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti