Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Gəncədə əmi qardaşı qızlarını bıçaqlayıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Gəncə şəhər sakinləri 38 yaşlı Elnarə Xarafruz və 17 yaşlı Səkinə Xarafruz əmisi tərəfindən bıçaqlanıb. Yaralılar dərhal Gəncə şəhər TTYX-yə çatdırılıb. Bədənin müxtəlif nahiyələrindən bıçaq yarası alan yaralıların vəziyyəti orta qiymətləndirilir.
Hadisənin hansı zəmində baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.