Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəza Binəqədi qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Babək İsmayılov idarə etdiyi "Kamaz" markalı avtomobili arxaya verən zaman 1939-cu il təvəllüdlü Şora Ələsgərovu vurub. Nəticədə Ş.Ələsgərov hadisə yerində ölüb.