Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elmir Murad/
Goranboyda avtomobil qaçıran şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, oktyabrın 27-də Bakı şəhər sakini Qaraş Məmmədova məxsus "Daewoo" markalı avtomobili qaçıran Seyran Allahverdiyev Goranboyda saxlanılıb.
S.Allahverdiyev Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.