Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Elmir Murad/
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Abşeron rayonu ərazisində Bərdə rayon sakini İsa Rzayev idarə etdiyi "Daewoo" markalı avtomobili yolayrıcıya vurub. İ.Rzayev və sərnişini xəstəxanaya yerləşdirilib. Lakin İ.Rzayevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.