...

Beyləqanda evə hücum olub - ölən və yaralanan var

Hadisə Materials 3 Noyabr 2015 14:43 (UTC +04:00)
Beyləqan şəhərində naməlum şəxs evə hücum edərək ər və arvadı vurub.
Beyləqanda evə hücum olub - ölən və yaralanan var

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elmir Murad/

Beyləqan şəhərində naməlum şəxs evə hücum edərək ər və arvadı vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Beyləqan şəhərində yaşayan Natiq Quliyevin evinə girmiş naməlum şəxs ona və həyat yoldaşı Səbahətə küt alətlə xəsarət yetirib, sonra isə hadisə yerini tərk edib.

Səbahət Quliyeva hadisə yerində ölüb, N.Quliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti