Azərbaycan, Bakı, 9 noyabr /Trend/
Bakı-Qazax yolunun 13-cü km-də, "Binə" ticarət mərkəzinin yaxınlığında yol qəzası baş verib.
Trend-in məlumatına görə, eyni istiqamətdə hərəkətdə olan iki BMW markalı avtomobil toqquşub.
Hadisənin səbəbləri kimi yüksək sürət həddi və yağışlı hava şəraiti ehtimal olunur.