Bakı. Trend:
Samuxda qaynata kürəkənini döyüb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Samux rayonun Çobanabdallı kəndində qayınata kürəkənini döyüb.
31 yaşlı Gəncə şəhər sakini Eldəniz Məhərrəmov döyülmə nəticəsində Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Aparılan tibbi müayinələrdən sonra həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir.
Faktla bağlı isə araşdırmalara başlanılıb.