...

“Yol terroru” daha iki can aldı

Hadisə Materials 24 Noyabr 2015 13:50 (UTC +04:00)
Naftalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Yol terroru” daha iki can aldı

Bakı. Elmir Murad - Trend:

Naftalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Naftalan şəhərinin Qaşaltı kəndində qeydə alınıb. Şəhər sakini Şamil Şirinovun idarə etdiyi "VAZ-21213" markalı avtomobillə Tərtər rayon sakini Elbrus Behbudovun idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "M" markalı motosiklet toqquşub. Nəticədə E.Behbudov və sərnişini, Goranboy rayon sakini Mahmud Əzizov xəstəxanaya yerləşdirilib. M.Əzizov xəstəxanada ölüb. Hadisə ilə bağlı Naftalan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Başqa bir yol-nəqliyyat hadisəsi isə Daşkəsən rayonunda baş verib. Daşkəsən rayonunun Quşçu qəsəbəsində rayon sakini Arzu İsmayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. O, hadisə yerində ölüb. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti