...

5 min qutu siqareti Azərbaycana keçirmək alınmadı

Hadisə Materials 9 Dekabr 2015 16:02 (UTC +04:00)
Qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
5 min qutu siqareti Azərbaycana keçirmək alınmadı

Bakı. Elmir Murad - Trend:

Qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Belə ki, Qusar rayonun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində əldə olunan əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində Azərbaycana gətirilməsi üçün dövlət sərhədində kolluq ərazidə gizlədilmiş 4 bağlamada 2050 qutu "Marlboro", 740 qutu "Richmond", 2010 qutu "Parlament" və 200 qutu "Kent" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti