...

Gömrükdəki xidməti it müxtəlif adda narkotik və psixotrop maddə tapdı

Hadisə Materials 12 Yanvar 2016 16:44 (UTC +04:00)
“Butç” ləqəbli xidməti it müxtəlif adda narkotik vasitə və psixotrop maddəni aşkara çıxardı
Gömrükdəki xidməti it müxtəlif adda narkotik və psixotrop maddə tapdı

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Jamal Azarıyeh Abolfazl Sadeghın idarə etdiyi "Scania" markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış zamanı müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Butç" ləqəbli həmin itin reaksiyasına əsasən, avtomobilin ayrı-ayrı yerlərində gizlədilmiş narkotik vasitələr - 4 ədəd bükümdə, ümumi xalis çəkisi 31,03 qram olan həşiş qatranı, 1 ədəd bükümdə, xalis çəkisi 1,370 qram olan tiryək, 1 ədəd plastik qabda, 85 ml həcmində olan tiryəkin məhlulu, 4 konvalyutda, cəmi 21 ədəd olan metadon adlı həblər, 4 ədəd qabda isə ümumilikdə 360 ml həcmində olan metadonun məhlulu aşkara çıxarılıb.

Daha sonra avtomobilə baxış zamanı 2 ədəd plastik borucuqda, ümumi xalis çəkisi 0,308 qram olan psixotrop maddə - metamfetamin də aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Bundan başqa, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Asif Mürsəlovun əl yükünə nəzarət zamanı məhlul formasında, ümumi təmiz çəkisi 0,108 qram təşkil edən "Metadone" adlı narkotik vasitə aşkar olunaraq götürülüb.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İlyas Şahbazovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 68,450 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti