...

Paytaxt polisi qanunsuz dövriyyədən 255 kq-dan çox narkotik vasitə çıxarıb

Hadisə Materials 22 Yanvar 2016 18:01 (UTC +04:00)
Bakı polisi ötən il qanunsuz dövriyyədən 255 kiloqramdan çox narkotik vasitə çıxarıb.
Paytaxt polisi qanunsuz dövriyyədən 255 kq-dan çox narkotik vasitə çıxarıb

Bakı. Trend:

Bakı polisi ötən il qanunsuz dövriyyədən 255 kiloqramdan çox narkotik vasitə çıxarıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov daxili işlər naziri Ramil Usubovun iştirakı ilə İdarədə 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

M.Seyidov bildirib ki, aşkar edilmiş 1254 fakt üzrə qanunsuz dövriyyədən 255 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Hesabat dövründə 54 odlu silah, 11 qumbara, 3.139 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah götürülüb.

Bildirilib ki, 2015-ci ildə paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 83,7 faizi ödətdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti