...

Zaqatalada 5 otaqlı evdə yanğın olub

Hadisə Materials 24 Yanvar 2016 03:56 (UTC +04:00)

Bakı. Trend:

Zaqatala rayonunda 5 otaqlı evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 370 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin, dəhlizin və hamam otağının yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti