...

Bakıda 5 otaqlı mənzil yanıb

Hadisə Materials 30 Yanvar 2016 12:34 (UTC +04:00)
Bakıda 5 otaqlı mənzildə yanğın olub.
Bakıda 5 otaqlı mənzil yanıb

Bakı. Samir Əli - Trend:

Bakıda 5 otaqlı mənzildə yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti