Bakı. Trend:
Şirvan şəhərində bədbəxt hadisə baş verib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 3-də Şirvan şəhəri ərazisində yerləşən qazdoldurma məntəqələrindən birində işləyən Füzuli Məmmədov oksigen balonunu doldurarkən kran sınmış və yüksək təzyiq onu digər balona çırpıb.
O, hadisə yerində ölüb.
Araşdırma aparılır.